Menu

Ağstafa sakinini qatar vurub - Hər iki ayağı amputasiya olunub

25.03.2018, 10:05
Ağstafa sakinini qatar vurub  - Hər iki ayağı amputasiya olunub

Ağstafa sakinini qatar vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.

Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol