Menu

Karles Puçdemon Almaniyada saxlanılıb

25.03.2018, 15:31
Karles Puçdemon Almaniyada saxlanılıb

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon Danimarka ilə sərhəddə Almaniya polisi tərəfindən saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü onun vəkili Jaume Alonso-Kuevilyas öz "Twitter" mikrobloqunda yazıb.

Vəkil Puçdemonun Finlandiyadan Belçikaya gedərkən saxlanıldığını və hazırda komissarlıqda olduğunu bildirib.

Müdafiəçinin sözlərinə görə, Puçdemon Belçikaya məhkəmədə ifadə vermək üçün gedirmiş.

Cümə günü İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Puçdemonun həbsi üçün Avropa orderi verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol