Menu

"NÖVBƏTİ HƏDƏFİMİZ TEL - RİFAT BÖLGƏSİDİR" - Ərdoğan

25.03.2018, 19:38

erdoqan_704cba3ba58a6fd26da4e09e4bf87aTürkiyə ordusu və müxalif Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, "Zeytun budağı" əməliyyatında qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Dünən Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və müxalif Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.

Şərhlər

G.M 2018-03-25 19:38:11

Özgür Suriya varmı ki,onun ordusu da olsun.ABŞ-ın Suriya siyasəti öz hədəfinə yaxınlaşır.Suriya Dövləti və Kürd İşçi Partiyası süqut edir.Zəngin Yeraltı Karbohidrogen yataqlarından ``Pay uman`` Demokratik Avropa seyriçi mövqeyindədir.Çünki,itirəcəkləri bir şey yoxdur.Uduzan İslam Dünyasıdır.Allah Türkiyəni qorusun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol