Menu

"Fənərbağça"dan ayrılacaq ilk futbolçu

25.03.2018, 23:42
"Fənərbağça"dan ayrılacaq ilk futbolçu

Mövsümün sonunda “Fənərbağça”dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, ötən ilin yayında “Zenit”dən icarəyə götürülən Luiş Neto geri qaytarılacaq. Portuqaliyalı müdafiəçinin çıxışı İstanbul klubunun baş məşqçisi Aykut Kocamanı qane etməyib.

Qeyd edək ki, 29 yaşlı futbolçu “Fənərbağça”da 15 rəsmi matça çıxıb. Netonun “Zenit”lə 2019-cu ilə kimi müqaviləsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol