Cənubi Amerika səfərinə çıxan Ermənistan prezidenti Serj Sərkisyan iyulun 11-i Santyaqoda Çili prezidenti Mişel Baçeletlə bir araya gəlib. 2007-ci ildə qondarma erməni soyqırımını rəsmən tanımış Çili ilə əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayan Serj Sərkisyan münasibətlərin inkişafında azsaylı erməni icmasının böyük rol oynadığını deyib.
“Media forum” saytının məlumatına görə, danışıqların sonunda iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. /mediaforum


Şərhlər