Rusiyanın 3 səfiri fəaliyyət göstərdikləri ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıblar.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev XİN-ə çağırılıb. Bu barədə səfirliyin mətbuat xidmətindən bildirilib.
Eyni zamanda, Rusiyanın Latviya və Litvadakı səfirləri də adıçəkilən ölkələrin XİN-inə çağırılıblar.
Məsələ ilə bağlı ətraflı məlumat verilmir.


Şərhlər