Menu

DÇ: Bukmekerlər Almaniyanı favorit görür

13.07.2014, 10:17
DÇ: Bukmekerlər Almaniyanı favorit görür

Bu gecə futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq.

Bu oyunda favorit Avropa təmsilçisi göstərilir. Dünyanın məşhur bukmeker kontorları Almaniyanı Argentinadan üstün sayır.

Belə ki, Almaniyanın qələbəsi 2,3, oyunun heç-heçə bitməsinə 3.25, Argentinanın qalib gələcəyinə isə 3,6 əmsal verilib.

Bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilir. Almaniya çempion olacağı təqdirdə Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşəcək.

Almaniya - Argentina oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol