Menu

Ərdoğan Putinə başsağlığı verib

26.03.2018, 21:08
Ərdoğan Putinə başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar ölkənin başçısı Vladimir Putinə başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

"Bütün rus xalqına başsağlığı verirəm, həlak olanların ailələrinə səbr diləyirəm", deyə Ərdoğan bildirib.

Öz növbəsində Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitriy Medvedevə başsağlığı verib. Bundan əvvəl Kemerovodakı faciə ilə əlaqədar Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Rusiya xalqına başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol