Donald Trampa qarşı impiçment elan edilməsinin əleyhinəyəm.
Axar.az xəbər verir ki, bunu CBS televiziyasına müsahibəsində ABŞ-ın eks-prezidenti Cimmi Karter söyləyib.
"Onun öz səlahiyyətlərini hakimiyyətinin sonuna qədər icra etməsinin tərəfdarıyam. Məncə, o, daha yaxşı işlər görmək istəyir. Mən ona kömək etmək istərdim", - deyə o bildirib.


Şərhlər