Menu

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

27.03.2018, 08:50
FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol