Menu

Tətil günlərində yol qəzaları - 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb

27.03.2018, 10:37
Tətil günlərində yol qəzaları - 14 nəfər ölüb, 95 nəfər xəsarət alıb

Novruz tətili günlərində (20-26 mart) Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölüb.

Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol qəzaları nəticəsində 14 nəfər ölüb, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol