Menu

Milli Məclis “Kredit borcları haqqında” qanun layihəsini müzakirəyə çıxarır

27.03.2018, 11:22
Milli Məclis “Kredit borcları haqqında” qanun layihəsini müzakirəyə çıxarır

Azərbaycan Milli Məclisinin aprelin 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

Bunlar bir sıra sənədlərin ratifikasiyası, “Banklar haqqında”, “Kredit borcları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında” və sair qanunlara, Mülki, Şəhər Salma və Tikinti məcəllələrinə dəyişikliklər, “Peşə təhsili haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələridir.

Qeyd edək ki, martın 30-da Milli Məclisin 1918-ci ildə mart soyqırımı ilə bağlı xüsusi iclası da nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol