Menu

Tel-Rifat Türkiyə Ordusunun tam nəzarəti altında - YENİLƏNİB

27.03.2018, 15:40
Tel-Rifat Türkiyə Ordusunun tam nəzarəti altında - YENİLƏNİB

Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər.

Tel-Rifat rayonu və Tel-Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.

* * *

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb. “Report” “Haberler”ə istinadən xəbər verir ki, Tel-Rıfat rayonu “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol