Menu

Rusiyada matəm elan olunub

27.03.2018, 14:23
Rusiyada matəm elan olunub

Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol