Menu

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

28.03.2018, 10:10
Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

MN-dən verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol