Menu

Müdafiə Nazirliyi əhaliyə müraciət edib

28.03.2018, 15:53
Müdafiə Nazirliyi əhaliyə müraciət edib

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.

Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir.

Şərhlər

t.ədalət 2018-03-28 15:53:01

ruysiyaya bağlı olan,yaşı ötsə də rusiyaya sevdasına görə hələ də xidmətdə saxlanılanlar az deyil.Ona görə də hansısa "sirri" qorumağa ehtiyac qalmır......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol