Menu

Süpürgəçi qadını vurub öldürən sürücü tutuldu - YENİLƏNİB

28.03.2018, 16:48
Süpürgəçi qadını vurub öldürən sürücü tutuldu - YENİLƏNİB

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

* * *

Bakıda süpürgəçi qadının maşınla vurulduğunu əks etdirən fotoşəkil yayılıb. Facebook şəbəkəsinə istifadəçilərin paylaşdığı şəkilə şərh yazanlar hadisənin dünən baş verdiyini, süpürgəçinin naməlum maşınla vurulduğunu qeyd edilblər.

Bildirilir ki, hadisəni törədən sürücü olay yerindən qaçıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir.

Həmin şəkli təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol