«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina bəyan edib ki, iki ölkə arasında münasibətləri möhkəmləndirməyə hazırdır və münasibətlərin inkişafının 4 prinsipini ona təklif edib: yüksək təmaslar, sınanmış kanallardan istifadə, dinc inkişaf və əlaqələrin möhkəmləndirilməsi. Bu barədə, görüşün yekunlarına dair ÇXR Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilmiş bəyanatda söhbət açılır.
Si Tsizinpin deyib ki, Çin hökuməti və Çin Kommunist Partiyası Pxenyanla ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verir və müxtəlif səviyyələrdə ikitərəfli münasibətlərin saxlanması və möhkəmləndirilməsi kursuna ciddiyətlə sadiqdir.
«Biz, KXDR ilə birgə, tam halında vahid çalışmalara sadiq qalmağa, başlanğıc məqsədləri unutmadan, əl-ələ verib irəli getməyə, Pekin və Pxenyan arasında münasibətlərin uzunmüddətli, sağlam və stabil inkişafına hazırıq. Bu, hər iki ölkənin xalqlarına fayda və həm də bölgəsel inkişafa öz töhfəsini verər» - deyə, Çin lieri bəyan edib.
ÇXR başçısı deyib ki, iki ölkə arasında müqasibətlərin inkişafında ilk müddət - «yüksək səviyyədə təmasların və mübadilələrin aparıcı rolunun saxlanmasıdır ki, həmişə iki ölkə münasibətlərinin inkişafı tarixində əhəmiyyətli və stimullaşdırıcı rol oynayıb. Yeni şəraitdə biz, Şimali Koreya ilə müxtəlif formalı, o cümlədən, qarşılıqlı səfərlər formasında, xüsusi nümayəndələrin göndərilməsi və məktub mübadiləsi formalarında, müntəzəm təmasları dəstəkləməyə hazırıq» - Si Tsizinpin bildirib.
«İkincisi, zamanla sınanmış strateji kommunikasiyalardan tam halında istifadə etmək qaçılmazdır. Hər iki tərəf rəhbər partiyalar arasında əlaqələri dəstəkləməli, əməkdaşlığı və müxtəlif sahələrdə mübadilələri irəli aparmalı, həm də qarşılıqlı inamın səviyyəsini qaldırmalıdır» - Çin lideri əlavə edib.
Si Tsizinpinin təklif etdiyi üçüncü prinsip dinc inkişafa fəal dəstək verməkdən ibarətdir. «Hal-hazırda Çin spesifikalı sosializm yeni dövrə qədəm qoyub, KXDR-da da sosializm quruculuğu yeni tarixi mərhələyə çatıb. Biz, KXDR ilə səyləri birləşdirməyə, zamanın tələblərinə uyğun hərəkət etməyə və sülhün, inkişafın, qarşılıqlı faydalı əməkdaşlığın bayrağını yüksəklərə qaldırmağa... hazırıq» - Çinin sədri bəyan edib.
«Dördünüsü, bizə vacibdir ki, iki ölkə arasında dostluğun əsaslarını möhkəmlədək. Hər iki tərəf müxtəlif vasitələrlə təmasları və mübadilləri möhkəmlətməli, xüsusilə də gənc nəsil arasında əlaqəni saxlamalı və əvvəlki nəsillərin qoyub getdiyi Çin-Şimali Koreya dostluq ənənələrini inkişaf edirməyə çalışmalıdır» - Tsizinpin qeyd edib.


Şərhlər