Menu

Amerikalı qadın BMT Baş katibinin siyasi məsələlər üzrə müavini oldu

29.03.2018, 14:38
Amerikalı qadın BMT Baş katibinin siyasi məsələlər üzrə müavini oldu

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) qadın təmsilçisi Rouzmeri Dikarlo Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Təyinat barədə BMT-nin mətbuat xidməti xəbər verib.

Hazırda Amerika xarici siyasəti üzrə Milli komitəsinin prezidenti, Yel universitetinin professoru Dikarlo bu postda həmvətəni olan Cefferi Feltmanı əvəzləyəcək. Feltmanla imzalanmış kontraktın müddəti martın 31-də başa çatır. O, müavin vəzifəsinin icrasına 2012-ci ildə, Pan Gi Munun rəhbərliyi dövründə başlayıb.

BMT mətbuat xidmətində Dikarlonun 35 illik diplomatik və müəllimlik təcrübəsini qeyd ediblər. O, ABŞ Dövlət Departamentində ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsində xidmət edib, həm də Avropa və Asiya problematikası ilə məşğul olub. Buqdan əvvəl, xanım Dikarlo ABŞ-ın Rusiyadakı və Norveçdəki səfirliklərində işləyib. O, rus və fransız dilləridə danışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol