Menu

Müdafiə Nazirliyindən Rusiyadan alınan silahlarla bağlı açıqlama

29.03.2018, 15:51
Müdafiə Nazirliyindən Rusiyadan alınan silahlarla bağlı açıqlama

"Son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb.

Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir.

"İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır", - deyə məlumatda vurğulanır.

Şərhlər

Hərbiçi 2018-03-29 15:51:50

Sensasiya xatirinə yazılanlara inanmayan əziz həmvətənlərim.

hellas 2018-03-29 15:51:50

Siz başqa cür də deyə bilməzsiniz axı. Çünki, O sarı gədə çox opasnıdır.

Vətəndaş 2018-03-29 15:51:50

Məlumatlarda konkret fatlar östəridiyi halda Müdafiə nazirliyinin cavabı qeyrimüəyyənir və konkretlikdən uzaqdır.Məsələn bu yaxınlada Rusiyadan köhnə tankların yenidn boyanaraq Azərbaycan tərəfindən alınması,transfer olan pulların təyinatında Yaqub Eyyubovun rolu barədə yazılırdı.Niyə bu faktın üstü örtülü qaldı.Bir də ki, belə halların müdafiə naziriyi tərəfindən baş verdiyi halda onların cavabı necə olmalıdır ki? Özü doğub.köbəyini kəsən necə cavab verməlidir ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol