Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb. APA-nın xəbərinə görə, bu barədə “Parisien” nəşrinə Parisdə səfərdə olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.
Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDF nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvünün sözlərinə görə, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Mənbic bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.
Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Mənbicdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib.


Şərhlər
Bosh sözlərdir. Bu gün Avropa Ittifaqının boynunda oturmush, havayı yeyən Fransa hansı qorxaq ordusu ilə Suriyaya girəcək. Fransa artıq Orta əsrlər Fransası deyil.
Bu Suriya kürdləri qəribə adamlardır.Türkiyə ilə danışığa gedib,həmişə olduğu kimi rahat yaşamaq əvəzində dələduz ölkələrin hiyləsinə uyub həm özlərini,həm də gələcəklərini təhlükə altına atırlar.ABŞ və rusların fitnəsi ilə illərdir ki,boş yerə qırılırlar.İndi də iplərini Fransa əlinə alıb.Bir ağsaqqalları da yoxdur ki, desin bəsdirin!Əlbəttə,bir gün anlayacaqlar ki,törətdikləri terrorlar Türkiyədən çox elə kürdlərin məhvinə səbəb olur..