Menu

Daha bir ana ölümü

14.07.2014, 10:24
Daha bir ana ölümü

İki körpəsini itirən 24 yaşlı qadın öldü

Cəlilabad sakini doğuşdan dörd ay sonra vəfat edib

Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, xəstə ötən gün böyrək çatışmazlığından Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, martın 18-də Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub.

G.Şəmiyevada doğuşdan sonra böyrək çatışmazlığı yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol