İki nəfəri maşın vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da saat 20 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Emil Zeynallı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xalid Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Piyadanın vurulması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Yevlax rayonunda qeydə alınıb. Rayonun Nizami prospektində şəhər sakini Sənan Abdulxalıqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim Cəmilovu vuraraq öldürüb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Şərhlər