Menu

Şirvan Milli Parkında silahlı insident

31.03.2018, 00:23
Şirvan Milli Parkında silahlı insident

Bu gün axşam saatlarında Şirvan Milli Parkında silahlı insident baş verib.Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Qaradağ , Salyan və Neftçala rayonlarının inzibati ərazisində təşkil olunmuş parkın Salyan rayonuna aid hissəsinə qanunsuz daxil olaraq ov edən 3 nəfər brakonyer onları yaxalamq istəyən qoruq işçilərinə ov tüfəngindən atəş açıblar . Yeger mühafizəçilərin cavab atəşi ilə brakonyerlərdən biri yaralansa da, gecənin qaranlığından istifadə edərək hadisə yerindən uzaqlaşaraq gizlənib. Lakin o, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışlarından sonra tapılıb. Digər iki brakonyeri də saxlamaq mümkün olub.

Hadisə nəticəsində qoruğun inspektoru, 57 yaşlı Xalıqov İltifat Şirəli oğlu qarın nahiyəsindən ağır olmayan güllə yarası alıb.

Hazırda baş nahiyəsindən güllə yarası almış brakonyerin şəxsiyyəti müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol