Menu

Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu tam bağlanıb

31.03.2018, 09:37
Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu tam bağlanıb

Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu cümə günü yerli vaxtla 17:00-da tamamilə bağlanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, beləliklə, diplomatik nümayəndəlik son iş gününü başa çatdıraraq ABŞ hökumətinin tapşırığını yerinə yetirib.

Aprelin 2-nə keçən gecə əməkdaşların müəssisəyə girişi dayandırılacaq.

Bunadək əməkdaşlar bütün sənəd və əşyaları binadan çıxarmalıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol