Menu

Putin Tuleyevin istefasını qəbul edib

01.04.2018, 10:53
Putin Tuleyevin istefasını qəbul edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Regionun rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Kemerovodakı ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verməsi səbəbindən vilayətin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edib. O, öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

"Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

Şərhlər

Fizul 2018-04-01 10:53:53

Bizde de defelerle yanqin olub cox sayli vetandawlar gunahsiz helak olub aileler bawsiz qadinlar ersiz uwaqlar yiyesiz qalib,ne weher meri ne belediyyesi,hec jek mudiride oz xowuna vicdanin sesine qulaq asib istefa vermirrrr.sadece bezi awaqi vezifeli yiyesiz iwcileri muveqqeti damlayib 3-4 aydan sonra buraxirlar ki,guya cinayet tam tehlil olunub.Ancaq cinayetin sebebi hewemetli huquq muhavize .orqanlari terefinden neye gore ise tam arawdirilmir.Ne sirdir goresen???acmasi sizden hormetli werh yazanlar!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol