Menu

Nyu-Cersidə 521 milyon dollarlıq lotereya bileti satılıb

01.04.2018, 11:38
Nyu-Cersidə 521 milyon dollarlıq lotereya bileti satılıb

ABŞ-ın Nyu-Cersi ştatında 521 milyon dollarlıq lotereya bileti satılıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Bildirilir ki, "Mega Millions"un lotereyası ötən cümə günü, Morris dairəsində, Riverdeyldə, "Lukoil"un yanacaqdoldurma məntəqəsində satılıb. Bu yaşayış məntəqəsi Nyu-Yorkdan 48 kilometr məsafədə yerləşir.

Lotereyanın nömrələri 11, 28, 31, 46, 59-dur. Onun qalibi hələ elan edilməyib.

Bu, ABŞ tarixində 10-cu irimiqyaslı cekpotdur. Yanvarda Florida sakini "Mega Millions"da 451 milyon dollar udub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol