Menu

“Qarabağ” xal itirdi

01.04.2018, 21:16
“Qarabağ” xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib. Lider “Qarabağ”la “Keşlə” görüşüb.Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. “Keşlə” isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında “Kəpəz”lə “Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol