Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulub
Qol.az-ın məlumatına görə, ikinci oyun gününə daha iki görüş nəzərdə tutulub.
Günün ilk matçı Qəbələdə keçirilib. Roman Qriqorçukun komandası son zamanlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Turun son matçında isə "Neftçi" "Səbail"lə üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
2 aprel (bazar ertəsi)
19:30. “Neftçi” – “Səbail” - 2:0
Qollar: İqnasio Herrera, 49, 87
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena”
17:00. “Qəbələ” – “Sumqayıt” - 1:1
Qollar: Stiven Monroz, 55 (1:0), Nicat Qurbanov, 82 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
1 aprel (bazar)
“Kəpəz” – “Zirə” - 0:0
“Qarabağ” – “Keşlə” - 1:1


Şərhlər