Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Abşeron, eləcə də paytaxtın Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC məlumat yayıb.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Şərhlər