Menu

Tibbi sığortada tərəflərin məsuliyyətində dəyişiklik edilib

03.04.2018, 14:10
Tibbi sığortada tərəflərin məsuliyyətində dəyişiklik edilib

"Tibbi sığorta haqqında" qanunda dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, hazırkı mövcud qanunvericiliyə əsasən, isə bu kimi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiya tətbiq edilir.

Şərhlər

pensioner 2018-04-03 14:10:31

Tibbi sığortanın adı gələndə qanımız qaralır.Bizdən kasıb dövlətlərin vətəndaşları neçə illərdir ki,tibbi sığortadan istifadə edirlər.Qanun çoxdan qəbul olunsa da kimlərinsə maraqları üzündən tətbiq olunmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol