Menu

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibi etmək istəyən ölkələrin siyahısı açıqlanıb

03.04.2018, 15:55
2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibi etmək istəyən ölkələrin siyahısı açıqlanıb

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəklərini rəsmən təsdiqləyən milli olimpiya komitələrinin siyahısı açıqlanıb.

“Report” Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytında istinadən xəbər verir ki, yarışların təşkili üçün 7 ölkə quruma rəsmi müraciət ünvanlayıb. Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliyadan (Milan, Turin və ya Kortina-dAmpetso) olimpiada keçirmək istəyi ilə çıxıb.

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-un 2019-cu ilin sentyabrında keçiriləcək Sessiyasında seçiləcək.

Qeyd edək ki, sonuncu – XXIII Qış Olimpiya Oyunları bu ilin fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol