Menu

“Həsən Hüseynlinin bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür” - Səfirlik

14.07.2014, 17:54
“Həsən Hüseynlinin bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür” - Səfirlik

"Cənab Hüseynli Azərbaycanda uzunmüddətli həbs cəzalarına məruz qalan və sayı artmaqda olan vətəndaş cəmiyyəti fəallarının sırasına daxildir"

ABŞ-ın Azərbaycandakı səfirliyi iyulun 14-də 6 il həbs cəzasına məhkum edilərək həbsə alınan “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:

- Azərbaycanın vətəndaş cəmiyyətinə təsir göstərən daha bir müşkül olay cərəyan etdi. Rəsmilər Gəncədə fəaliyyət göstərən və yüksək hörmətə malik qeyri-hökumət təşkilatının lideri Həsən Hüseynlini ağır dərəcəli xuliqanlıqda ittiham edərək ona altı il həbs cəzası kəsdi.

ABŞ-ın Azərbaycandakı səfirliyi cənab Hüseynli ilə tələbə mübadiləsi və ingilis dili təlimləri sahələrində sıx çalışıb. Hüseynlinin mülayim davranışını, vətəndaş cəmiyyətinin inkişafı və maarifləndirilməsi sahəsində olan iş tarixçəsini nəzərə alaraq ittihamda iddia edilən kimi yerli sakinə bıçaq qaldırmasına inanmaq qeyri-mümkündür. Cənab Hüseynli Azərbaycanda uzunmüddətli həbs cəzalarına məruz qalan və sayı artmaqda olan vətəndaş cəmiyyəti fəallarının sırasına daxildir.

Azərbaycanın tərəfdaşı olan ABŞ bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha da çox hörmət göstərilməsini təşviq edir. Biz tam əminik ki, fundamental azadlıqların dəstəklənməsi Azərbaycanın uzunmüddətli sabitliyinə və tərəqqisinə təkan verəcək. Biz həmçinin sözügedən məqsədləri əldə etmək üçün Azərbaycanın hökuməti və insanları ilə işləmək öhdəliyinə sadiqik. /"Mediaforum"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol