“Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun”.
Belə bir tələblə Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. S.Novruzov Avropada bəzi azərbaycanlı mühacirlərin Azərbaycan hakimiyyətinin əleyhinə təhqir kampaniyası aparması barədə danışarkən bunları deyib.
“Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər” – YAP-çı deputat bildirib.
O bildirib ki, belə azərbaycanlılar “sapı özümüzdən olan balta”lardır: “Vətənə, xalqa müxalif olmaq olmaz. Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir”.
Qeyd edək ki, oxşar fikirlər bir neçə gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı və Prezidentin köməkçisi Əli Həsənovun iştirakilə keçirilən tədbirdə də dilə gətirilmişdi.

Tədbirdə çıxış edən bir sıra media rəhbərləri şikayətlənmişdilər ki, deputatlar söyüş-təhqir yağdıran mühacirlərə cavab verilməsi təklifindən imtina edirlər. “Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib. “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.
“Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.
Bu gün isə redaktorlar yox, artıq YAP-ın önəmli simalarından biri deputatları danışmağa, iqtidarı, Prezidenti müdafiə etməyə çağırıb. Və bu dəfə S.Novruzov tamamilə haqlıdır! Amma qınaq obyekti təkcə deputatlar olmalı deyil. Söhbət ondan getmir ki, kimlərsə iqtidarı, Prezidenti müdafiə edir, ya yox. Dəfələrlə yazmışıq – deputatların, məmurların, iş adamlarının və digərlərinin Prezidentin müdafiəsinə qalxmaları onsuz da söyüş söyənləri dayandırmayacaq. Bəlkə də onlar daha da həvəslənəcəklər. Axı onlar o qədər də çətin işlə məşğul deyillər – kameranın düyməsini basır, onun qarşısına keçir və ağızlarını açıb, gözlərini yumurlar. Cəmi bir neçə dəqiqəlik texniki işdən sonra isə “film” nümayişə hazırdır. Heç tamaşaçılar da çox əziyyət çəkmirlər, onlar da cəmi bircə düyməni basmaqla, bu “yaradıcılıqla” tanış ola bilirlər. Bu vasitə ilə nəinki Azərbaycan Prezidentini, onun ailəsini, digər dövlət adamlarını, hətta dünyanın ən qüdrətli dövlətlərinin başçılarını da təhqir etmək olar. Məsələn, fövqəldövlət olan ABŞ prezidentini. Yaxud, dünyanın altıda bir hissəsini tutan Rusiyanın başçısını. Və ya əhalisi milyard yarıma çatan Çin liderini. Yəni bu təhqirlər, söyüşlər onu dilə gətirənləri böyütmədiyi kimi, söyülənlərin də gücsüzlüyündən, qüdrətsizliyindən xəbər vermir.

Bu baxımdan, bəlkə də düşünmək olar ki, deputatlar, nazirlər, digər məmurlar, iqtidarın yaratdığı şərait hesabına (Bu şəraitə təkcə münbit biznes şəraiti daxil deyil, dövlətdən, xalqdan çırpışdırmaq, vergidən yayınmaq, monopoliya və sairə şəraitlər də daxildir) milyonlar, milyardlar sahibi olan iş adamları və digərləri Azərbaycan hakimiyyətinə, onun rəhbərinə qarşı vüsət götürən bu təhqir kampaniyasına heç fikir verməsələr yaxşıdır. Ancaq bu yalnış düşüncədir. İlk növbədə yuxarıda adlarını çəkdiyimiz kateqoriya insanların – bu hakimiyyətdən geninə-boluna yararlananların, Siyavuş Novruzovun dediyi kimi, tərif məsələsi ortaya çıxanda sıraya düzülənlərin bu kampaniyaya bacardığı formada qarşı çıxması – İLK NÖVBƏDƏ ƏXLAQ, MƏNƏVİYYAT MƏSƏLƏSİDİR! Bu, həm də bir sınaqdır: SƏDAQƏT VƏ SƏMİMİYYƏT TESTİDİR!
Bəs biz hansı mənzərəni müşahidə edirik? Öz iqtidarını, öz Prezidentini qorumaq üçün “atəşi öz üzərinə çəkən” neçə məmur, deputat, icra başçısı, iş adamı görürük? Ümumi kontingentin – irəli addımlamaq, etiraz etmək borcu olanların cəmi 1-2 faizini...

Məsələn, deputat Adil Əliyev bugünlərdə Almaniyada bir tədbir keçirdi. Tədbir uğurlu alındı, ya alınmadı, bu başqa məsələdir. Amma 2 gündür Adil Əliyev təhqirlərə məruz qalır. O adamlar ki, bu tədbirə qədər Azərbaycan prezidentini söyürdülər, 2 gündür ki, hədəfi dəyişib Adil Əliyevi söyürlər. Deməli, Adil Əliyev atəşi öz üzərinə çəkib. Deməli Adil Əliyev etməli olduğunu edib - sədaqətini sözdə yox, əməldə sübut edib. Başqa həmkarları kimi “məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” deyə, qorxaqlıq etməyib. Ən nəhayət, deməli Adil Əliyev həqiqi əqidə adamıdır. Beləsinə isə, mövqeyini bölüşüb-bölüşməməkdən asılı olmayaraq, hörmət olunmalıdır.
Adil Əliyevdən əvvəl Prezidentin köməkçisi Əli Həsənov atəşi öz üzərinə çəkmişdi. Ondan əvvəl Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov və başqaları bu təhqir kampaniyasına qarşı çıxmış, təbii ki, əvəzində təhqir olunmuşdular.
Sual olunur: Bəs hanı bu komandanın digər üzvləri – nazirlər, deputatlar, generallar, onların bu iqtidarın sayəsində yağ-bal içində üzən övladları, yaxın ətrafları? İndiyədək bircə nazir oğlu, deputat, deputat oğlu, general oğlu, iş adamı və onların övladları kameranın qarşısına keçib, təhqirlər yağdıranlara onların dilində cavab verməyib. Yaxşı, cəbhə bölgəsində xidmət etməməyi, ordudan yayınmağı başa düşdük - bu Vətən məsələsidir və çox da təhlükəli işdir, bəs sözdə olsa da öz iqtidarını müdafiə etmək necə, bu da çətin və təhlükəlidir?
Sözsüz ki, bu, çətin deyil. Heç təhlükəli də deyil. Bu, sadəcə olaraq, MƏNƏVİYYAT, ƏXLAQ VƏ SƏDAQƏT İŞİDİR! Bu sınaqdan üzüağ çıxanların sayı isə, hələ ki, o qədər də çox deyil...
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər
Şəxsən Siz, ailənizin azad firavan yaşamına çalışırsınız, yoxsa onun Şüşa-Laçın kimi özgəyə xoş gəlib bəyənilməsinə?
ERMƏNİ LOBBİSİ ELƏ BAKIDA DA ZOR İŞLƏYİR. aNASI ARVADI ERMƏNİ OLAN VƏZİFƏLİLƏR,BİZNESMENLƏR,KOMİTƏ SƏDRLƏRİ, NAZİRLƏR. ERMƏNİNİ FRANSADA YOX BURDA AXTARIN. LÜBOY BİR ERMƏNİ FAİŞƏ İSTƏNİLƏN AZƏRBAYCANLINI ŞƏRLƏYƏR MƏHKƏMƏYƏ VERƏR VƏ QALİB GƏLƏR. ERMƏNİ AXSİSİ BİR NEÇƏ İL BUNDAN QABAQ 20 İLDƏN SONRA GƏLDİ QAÇQINI EVDƏN ÇIXARDI. HÖKUMƏT ONUN EVİNİN YANINDA POLİS POSTU QURDU. AXCİ EVİNİ SATDI PULUNU DA GÖTÜRÜB GETDİ. ERMƏNİNİ ELƏ BURDA AXTARMAQ DAHA YAXŞIDIR.
Məmurlar xalq üçün yox, ciblərinə işləyir. Milyardları dincəltməklə məşğuldurlar və istəyirlər həyatı boyu bu milyardları həpələr.
SOYÜŞ,TƏHQİR- BU BİZİM XALQA HÖRMET GƏTİRƏN, YARAŞAN İŞ DEYİL.BU RUSLARDA ADİ DANİŞIQ TERZİDİR,BİZİM İSE KÖKÜMÜZ ÇOX QEDİM TÜRKLERE GEDİB ÇIXIR.LAKİN,HƏR BİR EYBƏCƏRLİYİN BİR KÖKÜ, SƏBƏBİ VAR.NİYƏ BU İŞLƏRİN SƏBƏBİ ARAŞDIRILIB CAVABLANDIRILMIR.SİYAVUŞUN MƏMURLARI YAQİN ƏMƏLLƏRİNDƏN QORXUB QINLARINA ÇƏKİLİBLƏR.hAFİZ HACIYEV İSƏ AÇIQ DEYİR-MƏN NƏYİ YEMİŞƏM,MİLYONLARI AXI SİZ OĞURLAYIB APARMISINIZ-STOP!!! BƏLKƏDƏ BUNLAR SƏRVƏTLƏRİNİ QORUMAQ XATİRİNƏ SÖYÜSE RAZILAŞIRLAR.
Məmurlar öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmaq əvəzinə,özləri üçün Villalar tikməklə,dövlət vəsaitini talamaqla məşğuldurlar.Onlar boğazdan yuxarı cənab Prezidenti tərifləyirlər,qəlbən sevmirlər.
Vətəndaşın şikayətinə baxmayan məmur,dövlətin qanunlarına zidd hərəkət edir,aidiyyatı direktif orqanların rəhbərləri məmurun səhv hərəkətlərini bilə-bilə Vətəndaşın haqlı şikayətini müdafiə etmək əvəzinə,məmuru müdafiə edirlər.Vətəndaşı dövlətdən narazı salan,söydürən yalnız təsadüfü Məmurlardır.
Mən də təhqirə,söyüşə çox pis baxıram.Yüksək vəzifəli məmurlara,
deputatlara,vətəndaşlarımıza sual verirəm.Dünyanın hər yerində-
Amerikada, Avropada,Avstraliyada,Rusiyada,Baltikyanı ölkələrdə və
s.müxtəlif millətlərin,xalqların nümayəndələri yaşayırlar.Nə
üçün onlar doğulduqları vətənlərinin məmularını təhqir etmirlər,
nə isə tələb etmirlər,nə üçün?Ancaq bunu Azərbaycanlılar edirlər?
Siyavuş müəllim ( amma o müəllim işləməyib)kimdən kimə şikayət edir? Bunlar elə sizin seçib yerləşdirdiyiniz adamlardır də!
Deməli səhv etmişiniz.Ölkəni belə səhv idarə etmisiniz.
Yaltaqları ətrafınıza yığanda bu halı da düşünməli idiniz.Düşünə bilməyibsinizsə, o sizin yanlış istiqamətinizi sübut edir.
Buradan belə çıxır: özümdən özümə şikayətim cvar. Gülməli deyilmi?
Araz Talehoğluna-sənin kimi barmaqla sayılan vicdansızlar məhz antimilli siyasət aparanməmurları müdafiə edir.Sizlər şəxsi maraqları naminəhər şey edər ....Sizlər ....!!
Ay şərhyazanlar,söyüşün kimə və nəyə ünvanlandığına öncə diqqət edin..... Faktları gizlətməklə nə qədər yaşamaq olar?
Soyenler iqtidari soyur, Azerbaycani yox!
Siyavuş müəllim və digər şəxslər dövlətçiliyimizin üçün çalışan şəxslərdirlər. Onların söylədikləri tamamilə düzdür. Çünki birbaşa ölkə rəhbəri olmaqla və həmin şəxslər milli maraqlardan çıxış edir və dövlət mənafelərimizi qətiyyətlə qoruyurlar. Ancaq ölkəsini istəməyənlərin etdikləri Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşıdır.
ERMƏNİ LOBBİSİ AZƏRBAYCANA QARŞI BÜTÜN CƏBHƏLƏRDƏ VURUŞUR...
Siyavuş Novruzov öz fikirlərini çox aydın şəkildə ifadə edib və diqqət etsəniz onun nə dərəcədə haqqlı olduğunu görmək olar. Kiminsə nədənsə vəya kimdənsə xoşu gəlmirsə bu ona əsas vermirsə başqasını bu vasitələrlə təhqir etsin.
Anti-milli ünsürlərin nə deməyindən asılı olmayaraq bütün dünya birliyi Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqil və demokratik dövlət kimi tanıyır.
Ölkədə hər şeyin çoox qaydasında olduğu görünür amma bu qədər hərəkətlənmələrdən görünür ki, heç də belə deyil. 3-5 "qotur gədə"nin əlində aciz qalıb, açıq efir vasitəsilə bütün məmurları yardıma çağırırlar, əks halda təhdid edirlər. Məmurlar yeyib taladıqlarını özlərinin fərasətindən hesab edirlər, qazandıqlarını bir daha .... gəlsə elə belə rahatca verməyəcəklər. Lazım olsa ... Belə-belə işlər...
Azərbaycan dövlətinə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə qarşı anti-təbliğat aparan həmin şəxslər bir daha tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər
Ölkəmizi istəməyən anti-milli qüvvələr Azərbaycanın demokratik imicinə xələl gətirməyə çalışırlar və hər bir yola baş vururlar
Azərbyacanın beynəlxalq aləmdə nüfuzu artıqca əlbətdə ölkəmizi istəməyən qüvvələr ,təşkilatlar ölkəmiz haqqında mənfi fikirlə yazaraq beynəlxalq aləmdəki nüfuzumuza zərbə vurmağa çalışırlar.
Cənab Prezidentimizin düzgün fəaliyyəti nəticəsində Vətənimiz bu cür ucalmışdır. İndi isə hansısa özünü mühacir adlandıran vətən xainləri durub illərin təcrübəsi ilə fəaliyyət göstərən Deputatların iş prinsipinə səhv tuturlar. Onlar erməniyönümlü qüvvələrə xidmət edirlər.
Əllərində təhqirlərdən başqa heç nə gəlməyənlər bu gün öz dövlətinə qarşı müxalif dayanıblar. Seçkilər yaxınlaşdıqca daha da aktivlik göstərirlər. Həmçinin dövlətinin maraqlarından çıxış edənlərə belə təhqirlər söyləyirlər.
Siyavuş Novruzov düzgün qeyd edib ki, həmin o şəxslər vətəninə, millətinə qarşı çıxan şəxslərdirlər. Erməni lobbisinə xidmət edirlər.
Deputatlarımızı qınağa çəkməklərdə səbəbləri odur ki, Deputatlarımızın düzgün fəaliyyəti onların çirkin planlarını alt-üst etməsidir.
Siyavuş müəllim düz deyib: "Sapı özümüzdən olan baltalar" seçki kampaniyası dövründə yaman "fəallıq" göstərirlər. Normal insan öz dövlətinin, dövlət rəhbərinin əleyhinə çıxış edərmi? Ölkəmizə düşmən güvvələrin vasitəsi ilə müalliyəşdirilən bu üzdəniraq kəslərin psixoloji durumlarında problem olduğunu düşünürəm.
Bu Xaricdəki azərilər nə vaxt dövlətə,millətə söyüblər? Mən rast gəlməmişəm.Odur ki hörmətli Siyavuş müəllim bizlik deyil.Bu söyüş siyasətini həqiqətən məqbul saymıram.Hər iki tərəf-iqtidar da müxalifət də söyür və biri birinin ... ki bu da ən azı biabırçılıqdı...
Ölkəmizdə gedən inkişaf, qazanılan uğurlar, cənab Prezidentin yürütdüyü siyasət bəzi dairələri və həmin dairələrin maliyyələşdirdiyi adamları narahat edir, qorxuya salıb. Elə bu səbəbdən ölkəmizə və onun rəhbərliyinə qarşı, həmçinin ölkəsinin milli maraqlarının müdafiəsi üçün çalışan şəxslərə yalanlar dolu iftiralar atırlar.
Deputatlarımızın bəzi jurnalist adı altında erməni lobbisinə xidmət edən şəxslərə müsahibə verməməsinin, onların suallarına cavab verməməyin səbəbi odur ki, onlar bunu başqa məqsədlər üçün edirlər. Onlar vətənə, millətə qarşı çıxırlar və hökümətə qarşı planlar qurmağa çalışırlar. Qınamaq istədikləri Deputatlar isə əsl vətənpərvər, Vətəninə, millətinə xidmət edən şəxslərdir.
Bu gün Siyavuş müəllim tamamilə haqlı mövqe bildirib. Digər ölkələrdə yaşayanlar bəzi anti-milli ünsürlər ölkəmizə qərəzli mövqe nümayiş etdirir, dövlətçiliyimizi və ölkə sabitliyimizi pozmağa cəhd göstərirlər. Məhz buna görə Siyavuş müəllim yerindəcə dolğun fikrini bildirib.
Xarici ölkələrə qaçan mühacirlər erməni lobbisinə tərəf duraraq Azərbaycan hökümətinə qarşı çıxırlar. Cənab Siyavuş Novruzovunda qeyd etdiyi kimi onlar heç erməni səfirliyində aksiya keçirməyiblər. Bu onun göstəricisidir ki, onlar Azərbaycana qarşı qüvvələrə xidmət edirlər
Evvela sayt rehberliyine teşekkür edirem ki, bele bir mövzuya toxunub. Mövzuya geldikde ise Siyavuş muelli duzgun ve yerinde qeyd edib. O Cenab Prezidente sadiq olan az sayd memurlardan sayılır.
Ağlı bağında olan hər kəsə aydındır ki, bu iyrənc "söyüş" kampaniyası idarəolunandır. Necə ki, bütün ərəb çevrilişlərində Avropanın bir silahı idi. Amma unutdular ki, bura türk yurdudu, Azərbaycandı. Etik davranış, ailə dəyərləri daha güclüdü. Şərəfsizlikləri o həddə çatdı ki, ailə söyüldü. Öz ailəsinə söyüş yaraşdıranlar söyür özü də. Şərəfsizlikləri o qədər gözlərini tutdu ki, əsgərimizi, ordumuzu söydülər. Şərəfsizlər!
Dövlət bir yığın dılğır gədə-güdənin söyüşü ilə sarsılmayacaq qədər güclüdür.
Siyavuş deyəsən yuxusunu qarışdırıb. Siyavuş erməniyə heç nə edə bilmirsiniz. 25 ildir düşmən torpağımızın yarsını işğal edib. bir kənd belə qaytara bilməyibsiniz. Ancaq 5-10 nəfər bir yerə yığılıb sizin bu ölkəni özəlləşdirib bir müəssəyə döndərməyinizdən danışanda 10-100 minlərlə qoşunu hazır saxlıyırsınız.
Xalqı nə qədər məhv etməyinizə baxmayaraq,Allah qoysa o toparlanacaq,ayaq üstə qalmağı bacaracaq.10 nənəmherik arvad lazömdır ki,sizin gününüzü ağlasın.Görürdün debatda Əli Əhmədovun dili necə topuq vururdu(qoyunla adamı ayıra bilmirdi).
Deyəsən təlaş içindədirlər.Bəs bilmirsiniz ki, ədalətsizliyin, haqsızlığın daim davam etməsi mümkün deyil? İndi sizi söyənlərin nə üçün söydüklərini eşitmirsiniz? Haqlı deyillər? Axı ölkəni,Azərbaycanlı milləti bu günə oyanda,salanda bilmirdiniz ki, söyüş sahibi olacaqsınız.Bəs siz günahsız milləti söyəndə,məhbəsə salanda bilmirdiniz ki, nə vaxtsa buna cavab verməli olacaqsınız?
Siyavuş mallım Deputatların hamısından hafiz hacıyev düzəltmək istəyir.Ancaq unudur ki,h.hacıyev əvvəlcə H.Əliyevi təhqir elədi...sonra onun ``onurğa sütüunun qırıb`` ağızını Ə.Kərimova tərəf çevirdilər...
Artıq talanmış pulları, biznesləri,obyektləri uğrunda acınacaqlı mübarizəyə başlayıblar. Deyəsən məmurların rüşvətinin, talanın və s. sonu çatacaq. Dünyada baş verənlər məmurların yuxusunu qaçırıb.Ancaq acgöz talançılar bilməlidirlər ki Heç nə əbədi deyil.Hər şeyin,hətda siyasi deyil, təbii proseslərin də sonu olur. Məmurlar bilirlər ki vəzifələri əldən getsə çətin olacaq. Çünki talan rüşvət korrupsiya və başqa qrexləri çoxdur. ....
2015-də bu təhqirlərlə bağlı MTN-ə və Baş Prokurorluğa rəsmi şikayət verdim. Eldar Mahmudov nazir idi. Adını çəkmək istəmədiyim bir ləyaqətsizin FB səhifəsində Prezidenti və ailəsini, bütün məmurları, rəhmətlik H.Əliyevi pis ifadələrlə təhqir etmişdilər. Ərizəm Bakı şəhər Prokurorluğuna göndərildi. Çağırıb dedilər ki, onları məhkəməyə ver. Dedim, axı onlar məni yox, Prezidenti təhqir edirlər, prezident dövlətin şərəfini qoruyur, siz də onu qorumalısınız. Həmin statusu sildirdim, amma arada məni söydülər.
20 yaşlarında olan gəncləri,qadınları zindanlarda çürütmək məgər şərəfli iş sayılır?
İnsanları bezdirmək lazım deyil,əhali ilə insan kimi davranmaq lazımdır ki axırıncı yollara əl atmasınlar. Məmurlar ölkəni söküb talayayır, rüşvət korrupsiya,özbaşınalıq,harınlıq regiyonçuluq və bütün qeyri insani əməllər hər bir kəkəsi bezdirir, qəzəbləndirir .... Bu boyda dövlət məmurları milyonlarla pulla gedib 3-4 nəfərə Almaniyada cavab verə bilmədi. Artıq bu nə isə deməkdir.
ADİLİN ADİ NİYƏ CƏKİLMƏSİN.MƏGƏR UZƏRLƏRİNƏ GUYA ATƏŞ GOTURƏNLƏR BU DOVLƏTDƏN KİFAYƏT QƏDƏR BƏHRƏLƏNMƏYİBLƏR? NƏYİN Kİ OZLƏRİ BUTUN TAYFALARİ.İNDİ ZƏHMƏT CƏKİB SOYUŞUNDƏ DƏ DURSUNLAR.BU BİR TƏRƏFƏ. SİYAVUZ DEYİR QACİB GİZLƏNİBLƏR.TƏBİİ HƏLƏ GUNUN BU GUNUN DƏ QACİRLAR VƏ ALLAH ETMƏSİN VƏZİYYƏT BİR BALACA DƏYİŞSİN HEC KƏSİ TAPA BİLMƏYƏCƏKLƏR....
Rasim muəllim,sizin yazinizi oxuduqca,məqsədinizin nə olmasını qara-qara duşundukcə,insan oglunun damarlarında qanı donur.Bu qədərmi,yəni.
Siyavuş Novruzov "tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir" deməklə hakimiyyətin bərk qorxu içərisində olduğunu sübut edir.Bu da təbiidir.Çünki,artıq sosial şəbəkələrdə hakimiyyət tam hədəfə alınıb və bütün çılpaqlığı ilə dünya ölkələrində tamamilə ifşa olunub...
Siz, çox doğru hərəkətlə dövlətin ən güclü şəxsinin-Prezidentin şərəfini soyüşdən qorumusunuz! Qarabağda on minlərlə azərbacanlı qətlə yetirib və bir milyon əhali evindən qovulub. Bilirsinizmi, neçə Məhkəmə-Prokuror iddiası qaldırılıb və azərbaycanlıya türk olduğuna görə qəsd edən neçə anti-Azərbaycan daşnaq cinayətkarını hakimiyyət həbs etdirib?
SİYAVUŞ BU MİLLƏTİ ELƏ SINDIRMISIZ Kİ ÇƏTİN ÖZÜÇƏ GƏLƏR. ANCAQ YADINDA SAXLA SINMIŞ SÜMÜK DƏ BİTİŞİR.
Hörmətli icrakı katib kimə şikayət edirsən hamısını özünüz seçib gətirib ora düzmüsünüz.Siz onlarıYAPa sədaqət prinsipi ilə öz aləminizdə sözə baxanlardırlar deyib irəli çəkmisiniz indi millərdən nə istəyirsiniz biz seçmiş olsaydıq bizdə cavabını verərdik işdə ordadır ki biz elələrini heç vaxt seçməzdık Onların elə olmağını xalq yaxşı bilir.Ölkədə mərd layiqli ləyaqətli vətənsevən oğlanlar coxdur ancaq onlardanda siz qorxursunuz ki sizində ayıblarınızı üzünüzə deyəcəklər onu da siz sevmirsi
sən lap əsil yapçı imişsən rasim!...
YALTADAN-sırtıqdansa mərd düşmən yaxşıdır.Belələrı qarın otaeanlardır.
AY SİYAVUŞ MUƏLLİM.MƏN BİR VƏTƏNDAŞ KİMİ, BİR ƏFQAN DOYUŞCUSU KİMİ ONA GORƏ DEYİRƏM Kİ SİZ BU QURUMUN BAŞQANİSİZ SİZƏ MURACİƏT ETDİM Kİ, MƏNİM 2004 ĞU İLDƏN MULKİYYƏTİMDƏ OLAN HƏZİ ASLANOV KUCƏSİNDƏKİ HALAL OBYEKTİMİ ABŞERON RAYON İHB 2014-CU İLDƏ QANUNSUZ SƏRƏNCAM İMZALAYİB ƏLƏ KECİRİB. OBYEKTİN İCƏRİSİNDƏ 50 MİN MANATLİQ ƏMLAKİMİ TALAYİB, OBYEKTİ DAĞİDİB, VİTES EKSPRES ŞİRKƏTİNƏ SATİB. TAM QANUNSUZ VƏ OZBAŞİNALİQLA BAĞLİ SİZƏ, RAYON PROKURORLUĞUNA MURACİƏTLƏRİMİZƏ BAXAN YOXDU. CAVADOV RASİM O706279585
Cəmiyyət, siyasət və iqtisadiyyat təbii nemətlərə bərabər hüquqlarla tənzimlənir. Xaricdən-söyüş haqsızlığa etiraz kimi səslənib? Yəni, sıravi vətəndaşlar on illərdir yuxarıdan ədalətsizcə idarə olunurlar? Ali hökmdarlar adətən, buna fikir vermədən yan keçiblər. Bu dəfə də belə keçəcək, sadiqi Siyavuş bəy.
Yapin agacini..
Bu adamlar anlamaq istəmirlər ki,narazılıq Azərbaycandan,Azərbaycan dövlətindən deyil.Narazılıq ölkədə yarıtmaz,bacarıqsız idarəçilikdən,soyğunçuluq,talançılıqdan gedir.Azərbaycan millətinin ağır günə salanlardan,konstitusiyanı ....döndərənlərdən gedir.Axı bunu asanlıqla görmək,anlamaq olur.Milləti çaşdırmaq mümkün deyil.Faktı isə danmaq keçməz!İşdən azad etdiyiniz və etmədiyiniz YAP-çıların əməllərini göz qabağına gətirin.
Sultan düz deyir.YAP hakimiyyəti insanların bütünlüklə ruhuna zərbə vurdu.Hətda düşmən gəlib Bakıya çatsa,ona qarşı müqavimət göstərən bir adam belə tapılmayacaq.Digər tərəfdən sirquşların ... dara düşəndə,xalq yadlarına düşür.Nə qədər ki, insanlara azadlıq verməmisiniz,o vaxta qədər vahimədə olacaqsınız.