Menu

Mərhum Ərbakanın da dinlənildiyi üzə çıxdı

14.07.2014, 19:26
Mərhum Ərbakanın da dinlənildiyi üzə çıxdı

Türkiyə ədliyyə nazirinin müşavırı Kənan İpək telefonların qeyri-qanuni dinlənmələri ilə bağlı yeni rəqəmlər açıqlayıb.

Avropa.info-nun məlumatına görə, bu açıqlamalardan sonra hüquqsuz dinləmələrin həcmi daha çox aydın olub.

İpək 4 il (2010-1014) ərzində 866 min qanunsuz dinləmə aşkarlandığını bəyan edib. Araşdırmaların davam etdiyini, sayın daha da artacağını bildirən İpək Türkiyənin ən kritik vəzifəlilərdə işləyənlərlə birlikdə keçmiş baş nazir Nəcməddin Erbakanın da dinlənildiyini deyib.

İpək Erbakanın saxta adla dinlənildiyini də bildirib.

"(Türkiyə Böyük Millət Məclisi) TBMM başqanı, nazirlər, millət vəkilləri, iş adamları, jurnalistlərin telefon danışıqları niyə izlənilir? Proyektləri ilə qürur duyduğumuz müdafiə sənayesinin təxminən bütün idarə heyəti və mütəxəsisləri dinlənilib.

"Aselsan"ın rəhbəri, "MKE"nin rəhbəri", Türk Silahlı Qüvvələrinin (TSK) işləyən və pensiyaya çıxan zabitləri hansı səbəbdən və kim tərəfindən dinlənilib?

Keçmiş baş nazirimiz Nəcməddin Erbakan "Hufzullah Gültəkin" adı ilə və terrorcu kimi dinlənilib. Bunların nə üçün dinlənildiklərini bilməliyik. Dinləyənlərin kimlər tərəfindən idarə olunduğunu da həmçinin. Hüquq olan yerdə belə özbaşnalıq ola bilməz"-İpək bildirib.

Nazir müşaviri keçmiş baş nazir Adnan Menderesin də edamını xatırladaraq "Qondarma məhkəmə, saxta şahidlər və dəlillərlə 3 insan edam edilib. Baş nazir və nazir olmasını bir yana qoyun. Üstəlik bunun məhkəmə qərarı olması tarixi bir ləkədir".

İpək daha sonra bəzi məhkəmə hakimlərinin də dövlət sistemini dağıdmağa cəhd etdiyinə toxunub və 17-25 dekabr sui-qəsdini "Natamam zərbə" adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol