“Bayıl zonasında tikinti aparmaq olmaz”.
Baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib.
APA-nın məlumatına görə, A. Şərifov bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib: “Ümumiyyətlə, istər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.


Şərhlər
ABİD SƏRİFOV NAZİRLƏR KABİNETİNİN QƏRARİNİ SAYA SALAN VARSA ONDA BİR ZƏHMƏT XƏTAİ RAYONU ZİXDA İNQİLAB İSMAYİL KUCƏSİNƏ BİR BAS VUR. GOR Kİ İHB SƏRƏNCAMİNA ƏSASƏN YAMACDA AĞACLARİ CİXARİB, TORPAĞİ DAŞİYİB AATLAVAN QAZİB NƏLƏR TİKİRLƏR. SƏNDƏ BAŞLAMİSAN OLMAZ OLMAZ DEYİRSƏN. ELƏ BİL XALQ MAHNİSİDİR.