Menu

"Gözlənilmədən Suriyadan getmək qorxunc xəbər olardı..." - İraq Kürdüstanı

04.04.2018, 14:22
"Gözlənilmədən Suriyadan getmək qorxunc xəbər olardı..." - İraq Kürdüstanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraq Kürdüstanı hakimiyyəti Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin Prezident Donald Trampın elan etdiyi kimi, Suriya ərazisini mümkün tərk etməsi perspektivindən narahatlıq keçirir.

Çərşənbə axşamı bu barədə İraq Kürdüstanının ABŞ-dakı nümayəndəsi Bayan Sami Əbdül Rəhman bəyan edib.

«Hesab edirəm ki, ABŞ və bütün koalisiya müəyyən rol oynamalıdır. İzah olunmadan, gözlənilmədən Suriyadan getmək qorxunc xəbər olardı... Hazırda belə izahı olmayan və bizi narahat edən bəyanatları eşidirik. Biz, bilmirik ki, hadisələr necə inkişaf edəcək» - deyə, Əbdül Rəhman Vaşinqtonda sülh İnstitutundakı çıxışı zamanı bildirib.

Ötən həftə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ «çox tezliklə» Suriyadan gedə bilər, vəziyyət barədə isə «qoy, başqaları narahat olsunlar». Ağ Ev isə aydınlıq gətirməyib ki, Trampın sözləri «gəzişmə»dir, yoxsa ABŞ-ın xarici siyasətində dönüşün göstəricisi.

Rəsmi elan olunduğuna görə, guya ABŞ və onun başçılıq etdiyi koalisiya Suriya və İraqda «İslam dövləti» terrorçuları ilə mübarizə aparır. Fəqət, reallıq başqa mətləblərdən xəbər verir...

Qeyri-rəsmi məlumatlara görə, hazırda ABŞ-ın Suriyada 2 min nəfərə qədər hərbi qulluqçusu var.

İraq Kürdüstanının narahatlığı isə başa düşüləndir. Belə ki, bölgə kürdləri artıq bölgə dövlətlərinin və xalqlarının maraqlarına ciddi şəkildə xəyanət ediblər - başqa sözlə, artıq bütün körpüləri yandırıblar...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol