Menu

AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparat oğurlanıb

04.04.2018, 15:51
AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparat oğurlanıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl sürüşmə zonasında quraşdırdığı aparatlardan biri oğurlanıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı mərkəz polisə şikayət edib.

Bu səbəbdən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı buruq-qazma işləri yarımçıq dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol