Menu

8 nəfərə iş kəsilib, iki nəfər şallaqlanıb - Tehranın orucluq tədbiri

14.07.2014, 20:26
8 nəfərə iş kəsilib, iki nəfər şallaqlanıb - Tehranın orucluq tədbiri

İranda İslam İnqilab Məhkəməsi 8 kişi barəsində hökm çıxarıb.

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, onlar “feysbuk” sosial şəbəkəsində hakimiyyətin orucluq tədbirlərinə qarşı təbliğat aparmaqda təqsirli biliniblər.

Mühakimə olunanların adları açıqlanmayıb. Mənbənin məlumatına əsasən, onlar “dinə qarşı təbliğat aparmaqda, hakimiyyətin liderlərinə qarşı” sosial şəbəkədə yazılar yaymaq ittiham olunub. Müttəhimlərə 11 ildən 21 ilədək iş kəsilib. Hökmlə bağlı məhkumlar şikayət edə bilər.

Orucluqla bağlı başqa bir xəbərə əsasən, İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində Ramazanda ictimai yerdə yemək yeyib, su içdiyi üçün həftənin sonunda iki nəfərin hər birinə 80 şallaq vurulub.

Fars əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Əhmədəli Qudərzi jurnalistlərə açıqlamasında deyib ki, oruc tutmayan vətəndaşlar Ramazan qadağalarına hörmətlə yanaşmalıdır: “Bu iki şəxs ictimai yerdə qida qəbul etdiyinə görə cəzalandırılıb və onlardan hər birinə 80 şallaq zərbəsi vurulub. Vətəndaşlar bilməlidir ki, orucluq vaxtı ictimai yerdə yemək şəriət qaydalarına görə haramdır və cinayət sayılır”.

İrandakı islam cəza qanununa görə, Ramazan ayında ictimai yerdə yemək yeyən və ya su içənlər 10 gündən 2 aya qədər həbsə və 80-ə yaxın şallaq zərbəsinə məhkum edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol