Menu

Meşəbəyi qayadan yıxılaraq ölüb

05.04.2018, 11:50
Meşəbəyi qayadan yıxılaraq ölüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Yerli sakinlərin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Şərhlər

ayzek 2018-04-05 11:50:46

yüksək dağlıq ərazidə meşə olmur.Rəhmətlik çox güman ki dağ keçisi ovuna çıxıbmış.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol