Menu

Razi Nurullayev ATƏT DTİHB-in təxribat hazırladığını iddia edir 

05.04.2018, 15:17
Razi Nurullayev ATƏT DTİHB-in təxribat hazırladığını iddia edir 

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib". Buiddia ilə APA-ya açıqlamasında prezidentliyə namizəd Razi Nurullayev çıxış edib.

R. Nurullayev deyib ki, bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır.

Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: "Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə iş aparacağıq”.

Şərhlər

R-n 2018-04-05 15:17:51

Bu .... hardan pirtdiyib siyasetci oldu?

mamedov 2018-04-05 15:17:51

insa gerek oz deyerini bilsin .goresen bu ozunu ne hesab edir

Bashirov Qarib 2018-04-05 15:17:51

Bu nə danışır,özunu nə hesab edir.Guya,bu 40 min imza toplayib ki,namizəd olub.Kimdi sənə səs verən.Buna deyiblər ha,aşına,aşına gəlib çıxdı ocaq baçına.99% İ.Əliyev,1% də qalan namizədlər səs toplayacaq.Heç, yerdə qalan namizədlər umumilikdə 40 min səs toplaya bilməyəcəklər.Sənin də missiyan Əli Kərimlini söymək idi,heç bunuda qorxundan edə bilmədin.Ta sən kimə lazımsan ,ay binəva.

sabir 2018-04-05 15:17:51

Əli Kərimlini və Razi Nurullayevi tele kanallardan tanıyıram.
Yazılanlara inansaq Razi bəyi Əli Kərimli AXCP-dən qovub.Odur ki,
tele debatlarda öz platformasından danışmaq əvəzinə Ə.Kərimlini
tənqid edirdi.Guya Razi bəy KQB işçisidir hər şeyi əvvəlcədən bilir.Prezidentliyə namizədlər pafozla elə danışırdılar ki,guya
bunları prezident secəcəklər.Yeddi namizıtdən heç biri 3%-dən çox
səs toplaya bilməz.İlham Əliyev prezident seçilib.

Kecmiw coban 2018-04-05 15:17:51

Allah,Allah,ne gozel sima,ne gozel tapinti,hormetli deputat Siyavuw muellimden sonra bele nurani sifet,gozel,super!....

Akif 2018-04-05 15:17:51

Razi Nurullayev sən hələ də inanırsan ki, seçicilər arasında tərəfdaşların var?Hamıya bəllidir ki, sən digrə namizədlər kimi hakimiyyətin əlaltılarısız.....Məsləhət görürəm güzgüdə özünə bax.Mən, cəmiyyətdə olan imicinə görə sənə sən kimi müraciət etdim

aysberq 2018-04-05 15:17:51

Yuxarıdakılar işləri xarab olanda razi kimiləri ortaya atırlar ki, əsas məsələdən yan keçmək üçün.

Seçici işçi 2018-04-05 15:17:51

Özündən Razı bəy, bu necə ola bilər? ATƏT DTİHB seçkinin keçirilmə vaxtını namünasib saya bilərdi. .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol