Cəlilabad rayonunda intihar edən şəxsin kimliyi olub.
"Report"un Aran bürosu xəbər verir ki, bu, rayonun Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Nağıyeva Yasəmən Elyas qızıdır.
Qeyd edək ki, Y.Nağıyeva bu gün yaşadığları evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Məlumata görə, onun psixi problemləri olub. Qadının əvvəllər evli olduğu, daha sonra isə boşandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabadda intihar olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Cəlayir kəndində baş verib.
İntihar edən şəxs qadındır. Hazırda onun kimliyi araşdırılır.


Şərhlər