Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.


Şərhlər
Bir gündə dörd intihar.Səbəblər? Bu intiharların artması sosial durumun ağırlığı deyilmi?Bəs bu YAP nəyə lovğalanır.Ölkəni bu hala saldığı üçün?
Bir gündə 3 intihar: Cəlilabad,Ağdam və Abşeron.Görün ölkənin miləti nə günə salınıb.Bu günə salanlar isə....