Gürcüstanda daş kömür şaxtasında baş vermiş qəza ilə əlaqədar ölkədə aprelin 6-sı matəm günü elan edilib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
"Hökumətin qərarı ilə 2018-ci ilin aprelin 6-sı Gürcüstanda matəm günü elan edilib. Tkibuli şaxtasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bütün inzibati binalarda dövlət bayraqları endiriləcək", - məlumatda deyilir.
Kömür şaxtasında baş vermiş qəzadan sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmək mühafizəsi sahəsinə nəzarəti gücləndirməyi tapşırıb.
Qeyd edək ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Şərhlər
Gurcustani gurculer idare edir...
Bizdə də qəzalar baş verir.25nəfər xəstəxanada,19 nəfər Binəqədi yaşayış binasında diri -diri yandilar,onlarla insan dəniz neft buruqlarında həlak oldu.Deməli ki,vətəndaşlarımizin həyatının hökumət uçun əhəmiyyəti yoxdur.