Menu

Ağdamda intihara cəhd - FOTO

05.04.2018, 19:26
Ağdamda intihara cəhd - FOTO

Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol