Menu

Sabiq prezident 24 il azadlıqdan məhrum edildi

06.04.2018, 11:49
Sabiq prezident 24 il azadlıqdan məhrum edildi

Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He 24 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" TASS-a istinadən xəbər verir, o, ölkənin Cinayət Məcələsinin 18 maddəsi ilə ittiham olunub.

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.

Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaqda, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol