Menu

Azərbaycan internetin sürətinə görə Ermənistandan geri qalır - SİYAHI

06.04.2018, 12:24
Azərbaycan internetin sürətinə görə Ermənistandan geri qalır - SİYAHI

Müasir cəmiyyəti internetsiz təsəvvür etmək mümkün deyil.

Bütün ölkələr öz kompüter texnologiyalarını inkişaf etdirərək birbaşa insan təmasının olmadığı eletkron xidmətlər yaradırlar. Bu fonda internetin sürətini artırmaq da ölkələr qarşısında duran əsas vəzifələrdən biridir.

Təəssüf doğurucu faktadır ki, Azərbaycan həm mobil, həm də geniş zolaqlı internetin sürətinə görə, qonşu ölkələrdən, o cümlədən Ermənistandan geri qalır.

Dünya ölkələrində mobil və geniş zolaqlı orta internet sürətinin reytinqini modern.az-a istinadən təqdim edirik:

Mobil internet                                                                 Genişzolaqlı internet

1.Norveç – 62,07 Mbps                                               1.Sinqapur – 161,53 Mbps

2.İslandiya – 58,44 Mbps                                           2.İslandiya – 157,73 Mbps

3.Hollandiya – 54,53 Mbps                                         3.Honq Konq – 129,64 Mbps

4.Sinqapur – 51,92 Mbps                                            4.Cənubi Koreya – 117,49 Mbps

5.Birləşmiş Ərəb Əmirlikləri – 51,92 Mbps                 5.Rumıniya – 105,74 Mbps

6.Qətər – 51,61 Mbps                                                  6.İsveç – 93,24 Mbps

7.Avstraliya – 50,04 Mbps                                          7.Macarıstan – 90,94 Mbps

8.Hungary – 46,39 Mbps                                             8.Makau – 87,92 Mbps

9.Kanada – 45,67 Mbps                                               9.ABŞ – 84,66 Mbps

10.Belçika – 45,16 Mbps                                             10.Hollandiya – 83,41 Mbps

26.Çin – 33,96 Mbps                                                    20.Çin -68,33 Mbps

32.Türkiyə - 31,43 Mbps                                              43.Rusiya – 38,25 Mbps

44.ABŞ – 27,39 Mbps                                                   72.Ermənistan – 19,95 Mbps

49.Almaniya – 26,20 Mbps                                          84.Türkiyə - 16,58 Mbps

51.Gürcüstan – 25,01 Mbps                                        103.Azərbaycan – 10,56 Mbps

53.Ermənistan – 22,94 Mbps                                      104.İran – 10,20 Mbps

59.Azərbaycan – 20,99 Mbps                                      121.Suriya – 6,67 Mbps

Şərhlər

Əkbər 2018-04-06 12:24:19

Neft və milyonlar səltənətində analoqu olmayan inkişaf beləmi olmalıdır? Niyə biz regionda imkanları bizdən aşağı olan ölkələrdən geriyə qalmalıyıq? Yaxşı Ə.Abbasov getdi nə dəyişiklik oldu? Təəsüf edirəm...

Bashirov Qarib 2018-04-06 12:24:19

Başqa sahələrdə oldugu kimi regionda ən axırıncı yerdəyik .İstər sosial məsələlərdə, istər minumum və orta əmək haqqı səviyyəsinə,istersə də elm və təhsildə regionun ın geridə qalan ölkəsiyik.

hərbi pensiyaçı 2018-04-06 12:24:19

Rabitə nazirliyi 5 dənə nazirliyi "udub". Bahalı maşınların sayı artıb. rabitə xətləri bərbad vəziyyətdədirlər. heç olmasa tədbir görsünlər erməniləri ötək. o biriləri cəhənnəmə.

Memmed 2018-04-06 12:24:19

Baykot elemek lazımdı internet provayderleri,ancaq pul qırırlar,hele qiymetlere diqqet edin.

Mirzə AĞ 2018-04-06 12:24:19

Səbəbi: Azərbaycanda informasiya texnologiyaları "qıcqırıb"! Əvvəlcə Rabitə Nazirliyinin adına "Yüksək Texnologiyalar" söz birləşməsi "yamadılar" - milyardlar talandı, indi də Qida Təhlükəsizliyi Agentliyinin tərkibində "Yüksək Texnologiyalar" şöbəsi yaradıblar!!! "Qıcqırma" prosesi əvvəlki sürəti ilə davam edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol