Bu gün ABŞ Rusiyanın 38 iş adamının, rəsmi şəxslərin və şirkətlərin adlarını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına daxil edib. Bu dəfə də ABŞ hökumətinin sanksiyalarına məruz qalanlar gözlənildiyi kimi, Vladimir Putinə yaxın şəxslər və şirkətlər olub. Bu sanksiyalar Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə cavabdır.
"AzPolitika.info" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sanksiya tətbiq edilən yeni adların sırasında təkcə oliqarxlar yox, yüksək postlar tutan məmurlar və hətta daxili işlər naziri də var. Belə ki, yeni siyahıda Rusiyanın ən varlı adamlarından sayılan Oleq Derepaska, milliyyətcə ləzgi olan milyarder və senator Süleyman Kərimov, VTB-nin idarə heyətinin sədri Andrey Kostin, "Qazprom"un rəhbəri Aleksey Miller və "Zenit" Futbol Klubunun prezidenti Serqey Fursenko ilə yanaşı, iri ranqlı məmurlar - daxili işlər naziri Vladimir Kolokoltsev, Federasiya Şurasının komitə sədri Konstantin Kosaçyov, Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Mixail Fradkov və Rusiya Təhlükəzsizlik Şurasının katibi Nikolay Patruşev də var.

Beləliklə, yeni siyahıda yer alanların əksər hissəsi kifayət qədər nüfuzlu və Rusiya hakimiyyətinin ən yüksək pillələrində yer tutan şəxslərdir. Qərb mətbuatı isə bildirir ki, oliqarxlara qarşı sanksiyaların tətbiqi hələ ikili cəsus Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsindən əvvəl planlaşdırılıbmış. Və ehtimal edilir ki, sanksiyalar Moskva ilə Qərb arasında münasibətləri daha da gərginləşdirəcək.
ABŞ-ın sanksiyalar siyahısına daxil edilənlərin tam siyahısı belədir:
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev
“Qazprombank”ın başçısı Andrey Akimov
RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rosqvardiyanın başçısı Viktor Zolotov
VTB-nin başçısı Andrey Kostin
“Rusiya Maliyyə Korporasiyası” bankı
Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçyov
Prezidentin köməkçisi Yevgeni Şkolov
Oleq Deripaska
Aleksey Miller
“Surqutnefteqaz”ın rəhbəri Vladimir Boqdanov
Süleyman Kərimov
Viktor Vekselberq
Andrey Skoç
İqor Rotenberq
Mixail Fridman
Aleksey Dümin
“Roskomnadzor”un rəhbəri Aleksandr Jarov
“SİBUR”in İdarə Heyətinin üzvü Kirill Şamalov
“Qazprom qazma”
NPV Engineering
“Renova”
RUSAL
EN+
“QAZ” qrupu
“Russkiye maşinı”.
Cəlal
AzPolitika.info


Şərhlər