Fermer Xeyrulla Əliyev “AzPolitika.info”ya müraciət edərək, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Nümayəndəliyinin Qusar bölməsindən şikayət edib.
Şikayətçi bildirib ki, nümayəndəlikdən dövlətin fermerlərə subsidiya kimi ayırdığı kübrəni, 1 aydır ki, ala bilmir:
“Nümayəndəliyin rəhbəri Həsrət müəllim mənə qarşı ayrıseçkilik edir. Dünən dedi ki, sabah gəl götür, mən də aparıb 1125 manat pul ödədim. Amma bu gün yenə də kübrəni ala bilmədim”.
“Qusar fermerləri onun əlindən cana doyublar” – X.Əliyev bildirib.
Fermer əlavə edib ki, dövlətdən kisəsini 9 manata almalı olduqları azot, daxili bazarda 12-13 manata satışa çıxarılır.
X.Əliyev "Aqrolizinq"in Qusar bölməsinin sədrindən bu gün Prezident İlham Əliyevə şikayət teleqramı vurduğunu da bildirib.


Şərhlər
Necə yani,kisəsi 9 man.Gubrələrin dəyərinin 70%-i budcə tərəfindən ödənilir.Çox guman ki,siz banka 1125man. pul odəməklə,elə dövlət qiymətinə həmin məbləgə uygun gubrə göturmək istəmisiniz,bu da onlara ləzzət eləmir, sizi onlarin şərtinə əməl etməyincə surum-surundurəcəklər.Şikayətlərin də fayda verməyəcək.Bu bir korrupsiya piramidasıdır ki,heç kim də qulaq asmaz.Get onlarla razılaş,gubrəni də götur, yoxsa girinc-giriftar olarsan,burası vətəndir, gulu də bitəndir.
Kənd təsərrüfatı nazirliyinin məmur sürüsü dövlət vəsaiti hesabına alınan gübrə və digər vasitələrin qanunsuz satılması hesabına varlanması tam sürətlə davam edir. Cəlilabad rayonunun Göytəpə şəhərində yuxarıda adı çəkilən gübrəni 11 manata da almaq olar. görəsən bu fərq pulları kimin varlanmasına sərf olunur və nə üçün rayonun hüquq-mühafizə orqanları buna göz yumur. başa düşdüm: hüquq mühafizə orqanları deyəcə ki, şikayət yoxdur, həm yoxlamalar qadağandır.