Menu

Bakıda subasma sahələri aktivləşib

07.04.2018, 11:08
Bakıda subasma sahələri aktivləşib

Bakının subasma sahələrində vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsində və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında atmosfer yağıntılarının təsirindən aktivlik baş verib.

Ekspedisiya rəisi qeyd edib ki, Maştağa – Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat - Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma sahələrində də aktivlik müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol